25.05.2017
25.05.2017 tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "28 May Respublika gününə " həsr olunmuş Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi.Tədbiri öz söz ilə muzeyin direktoru P.Mehdiyeva açaraq şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən,zərurətindən,fəaliyyətindən,qısaömürlü olmasına baxmayaraq əldə etdiyi nailliyətlərdən danışdı.Qeyd olunduki, AXC hər bir vətəndaşına,o cümlədən şərqdə ilk dəfə olaraq qadınlarada, təhsil,əmək,seçki hüququ verirdi."İstiqlal Bəyannaməsi" adlı qanun toplusu,Milli Şurası,Parlamenti,Baş naziri və Səmədbəy Mehmandarov və Əliağa Şıxlınski kimi generalları olan qüdrətli Milli Ordusu vardı.Cümhuriyyətin dövründə Azərbaycanın tarixində ilk dəfə olaraq 1919cu ilin sonlarında milli pul emissiyası keçirilmiş və 25,50,100,200 manat məbləğində əskinaslar buraxılmışdır.Habelə,ilk ali təhsil ocağı(BDU) və "İstiqlal"muzeyi açılmışdır.1920ci ilin 28 aprel tarixində Rusiyanın təzyiqinə və işğalına məruz qalan gənc respublika süqut etdi.Lakin müasir müstəqil Azərbaycan onun varisi olaraq yaşamını və fəaliyyətini uğurla davam etdirir.
Sonra tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə xanım çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etdi.
Tədbir Akademik Zərifə Əliyeva adlı 8 saylı məktəbin 4cü və 6cı sinif şagirdlərinin ifasında bədii kompazisiya ilə davam etdi.