Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin online video müşavirəsi keçirilib.

15.04.2020

13 aprel 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin online video müşavirəsi keçirilib. Müşavirədə idarənin aparat işçiləri, rayon üzrə nümayəndələr, şura üzvləri və müəssisə rəhbərləri iştirak edib. İdarə rəisi Nazim Ağayev karantin dövründə müəssisələrin online fəaliyyəti barədə danışaraq işlərin sürətləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tövsiyyə və tapşırıqlarını verib. Həmçinin mədəniyyət müəssisələrinin mütəmadi olaraq dezinfeksiya edilməsi, distant dərslərin gündəlik olaraq keçirilməsi online müşavirənin əsas müzakirə mövzularından olmuşdur.