Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin nəzərinə

22.04.2020

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən karantin dövründə regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin sahələr üzrə (onlayn ekskursiya, sərgi, konsert, tamaşa, kitabxana xidməti, evdə yaradıcılıq, distant dərs və s.) onlayn formada fəaliyyətinin təhlil edilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq karantin dövründə hazırlanmış 5 ən keyfiyyətli videomaterialı 3 may 2020-ci il tarixinədək region.tedbir@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.