Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Siyəzəndə qeyd edildi

31.05.2017

      Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Siyəzən rayon üzrə nümayəndəliyinin təşəbbüsü və rayon Mədəniyyət Mərkəzinin, Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 01 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 31 may 2017-ci il tarixində saat 11:00-da rayon Gənclər Mərkəzində bayram şənliyi təşkil olunmuşdur. Tədbirə rayonda və ətraf  kəndlərdə yaşayan  valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələrin uşaqları,internat məktəbinin şagirdləri dəvət edilmişdi.Tədbir uşaqlar üçün təşkil edilmiş çay süfrəsi ətrafında  keçirildi. Ümumilikdə tədbirdə  70 nəfər iştirak edirdi. Tədbirin sonunda  mərkəzdə yerləşdirilmiş bütün atraksionlar və oyun aparatları pulsuz olaraq tədbir iştirakçıları olan uşaqların ixtiyarna verildi.