Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilib

16.06.2020

16 iyun 2020-ci il tarixində keçirilən videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin sədrliyi ilə keçirilən videokonfransda idarənin və tabe müəssisələrin 1-15 iyun tarixlərindəki fəaliyyəti müzakirə edilmiş, verilən tapşırıqların icra vəziyyəti təhlil edilib və Mədəniyyət Nazirliyi tərəfindən verilən tapşırıqlar diqqətə çatdırılıb.