Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin onlayn seminarı keçirilib

29.06.2020

25.06.2020-ci il tarixdə Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarında  iyun  ayında görülən işlərə həsr olunmuş onlayn seminar təşkil olundu. Seminarda  onlayn kitabxana xidmətinin keyfiyyətinin artırılması, günümüzdə kitabxanaların fəaliyyəti və qarşıya çıxan problemlər haqqında mövzular dinlənildi. Seminarı açıq elan edən MKS-nin direktoru Saməddin Nəsirov kitabxana işinin müasir standartlara uyğun qurulmasında qarşıda duran vəzifələrdən danışdı. O qeyd etdi ki, struktur bölmələrində nizam-intizama riayət olunması, oxuculara müasir tələblərə cavab verən kitabxana-biblioqrafiya xidmətinin göstərilməsi olduqca əhəmiyyətli bir mövzudur. Kitabxana sahəsində çalışan insanların üzərinə böyük vəzifə düşür ki, bu vəzifələrin öhdəsindən gəlmək üçün işçilər özləri təşəbbüskar olmalıdırlar. Sonra çıxış edən MKS-nin Zərqova kənd kitabxanasının müdiri İltifat Cəbrayılov, Pirvahid kənd kitabxanasının müdiri Səyavuş İsayev və başqalarının sualları cavablandırılıdı, onları maraqlandıran fikir və məsələlərə aydınlıq gətirildi. Video görüş çərçivəsində kitabxanaçıların bütün problemləri dinlənildi, onlara lazımi tövsiyyələr verildi.