Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilib

03.07.2020

3 iyul 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin sədrliyi ilə keçirilən videokonfransda mədəniyyət müəssisələrində sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinin vacibliyi vurğulandı. Bildirildi ki, müəssisələrdə mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasına, əməkdaşların sosial izolyasiya tədbirlərinə əməl etməsinə xüsusi diqqət yetirilməlidir.

Daha sonra verilən tapşırıqların icra vəziyyəti təhlil edildi və Mədəniyyət Nazirliyi tərəfindən verilən tapşırıqlar diqqətə çatdırıldı.