Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şabran Tarix Diyarşunaslıq Muzeyi

     1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylər yaradılmış,fəaliyyət göstərən muzeylər zənginləşdirilmişdir.Azərbaycanda muzey işinə diqqət və qayğı ümumilli lider Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə daim xüsusi yer tuturdu.1980-ci ildə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bütün rayonlarda tarix diyarşünaslıq muzeylərinin  yaradılması barədə qərar qəbul edilmişdir.Əsası 1991-ci ildə qoyulan Tarix-Diyarşünaslıq Muzeyi Ümummilli lider H.Əliyevin 75-illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzey maddi və mənəvi sərvətlərlə zənginlərşdirilərək, tamaşaçıların ixtiyarina verildi.Muzeyin ekspozisiyasında bütün tarixi dövrləri əks etdirən eksponatlar nümayiş etdirilir.Muzey və Şabran royonu haqqında informasiyalar foyedə öz əksini tapmışdır.Muzeyin  ekspozisiya hissəsi 200 kv.m sahədən, bir foye,üç zaldan ibarətdir. Ekspozisiyanın  birinci zalında Şabran rayonunun  təbiəti və tarixi abidələri haqqında informasiyalar və Şabran qədim dövrdə verilmişdir.İkinci zalda Şabran rayonu orta əsrdə,Azərbaycan tarixin yeni dövründə -Xanlıqlar.Azərbaycan Rusiya imperiyasının  müstəmləkəçiliyi altında olan dövr, həmçinin Azərbaycan Demokratik Respublikanın yaranması, SSRİ-nin tərkibində Azərbaycan, Azərbaycanın hərbi  tarixi, Şabran rayonunda hərbi-vətənpərvərlik  tərbiyəsi əks etdirən materiallarla zəngindir. Üçüncu  zalda Müstəqilliyə gedən yol, Azərbaycanın müstəqillik illərində, Müasir Azərbaycan tarixinə dair məlumatlar ekspozisiyasinda nümayiş etdirilir.Tarixin müxtəlif dövrlərinə aid məişət, zinət, bəzək əşyaları, silahlar, əmək alətləri, və s. bölgənin tarix və mədəniyyətini, sənətkarlığını təbliğ edən eksponatlar muzeyin ekspozisiyasını bəzəyir.

Ünvan:
Şabran şəhər Q. Qasımov. küç 1
Telefon:

(02335) 3-27-11

E-mail:

shabrantdm@mail.ru

Url:
https://www.facebook.com/profile.php?id=100010373764256