Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

    Dəvəçi rayonu yaradıldıqdan sonra özünün inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə və savadsızlığın ləğvi ilə bağlı Mədəniyyət sahəsində də quruculuq işləri öz əksini tapdı. Belə ki, 1939 – cu ildə rayonda bir Mərkəzi kitabxana yaradıldı . 1948 – ci ildə isə bu vüsət genişlənərək 3 kənd kitabxanası və 9 qiraət koması açılaraq əhalinin istifadəsinə verildi. 1948 – ci ildə  kitabxanaya 17200 manatlıq kitab alınmış və rayon üzrə kitab fondu 13117 ədəd olmuşdur. İl ərzində kitabxanaya  2153 nəfər oxucu cəlb olunmuş və 23222 ədəd kitabın əhali arsında təbliğ olunmasına nail olunmuşdur.  Rayon Mərkəzi Kitabxanasının müdiri vəzifəsində Əsməgül Rəhmanova işləmişdir. Rayonda ilk Uşaq Kitabxanası isə 01 İyul 1948 – ci il tarixli  11№ li əmrlə açılaraq 3 ştat vahidi verilmiş ,kitabxananın  müdüri  Məryəm  Fazil qızı  Fazilova işləmişdir.

            Şabranda Mədəniyyətin inkişafı 1970 – ci ildə  Ulu öndər  H.Ə.Əliyevin  Respublikamıza rəhbərlik etdiyi dövrdə yeni  inkişaf  mərhələsinə qədəm qoymuşdur.

            1979 – cu ildə Şabranda Mərkəzləşdirilmiş Kitabxana Sistemi  yaradılmışdır. 2011 – ci il  10 Oktyabr tarixinə kimi Şabran  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində 54 kitabxana :- 48 kənd, 4 şəhər, 1 Uşaq kitabxanası və Mərkəzi  Kitabxana fəaliyyət göstərmişdir. Burada 142 nəfər işçi çalışmışdır ki, onun da 80 nəfəri kitabxanaçı, 62 nəfəri isə texniki işçi olmuşdur.Çalışanların 8 nəfəri ali təhsilli ,22 nəfəri orta ixtisas təhsilli, 50 nəfəri isə orta təhsilli olmuşdur.

            “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 Oktyabr 2011 – ci il tarixli 162 saylı Qərarına əsasən” kitabxanaların  nümunəvi strukturu və ştat vahidləri”  təsdiq edilmiş və bunun əsasında   Mərkəzləşdirilmiş Kitabxana Sistemində  təkmilləşdirmə işləri  aparılmışdır. 2016-cı ildə 18 saylı Hacıisgəndər kənd kitabxanası bağlanmış 2017-ci ildə isə 25 saylı Qələgah kənd kitabxanasının fəaliyyəti dayandırılmışdır.Hal – hazırda Şabran rayonunda 40 kitabxana :- 1 Mərkəzi kitabxana, 2 şəhər  və 37  kənd kitabxanası fəaliyyət göstərir.
     Şabran rayonunda 57900 nəfər əhali yaşayır. 01.10.2017-ci il tarixə qədər 22528 nəfər oxucu olmuşdur ki, bunlardan  220 virtual, 739 fəal oxucu, 409 nəfərə isə evlərdə səyyar xidmət göstərilmişdir. 9 ay ərzində  255500 ədəd kitab verlişi olub, 2099 kütləvi tədbir keçirilmişdir.

   Şabran rayon MKS – də 2011 – ci ildən Şabran  shabran.cls.az saytı  və shabran-mks@mail.ru elektron poçtu fəaliyyət göstərir. MKS – yə 54 kompyuter verilib, bunlardan 32 ədədi kənd kitabxana filiallarındadır.

    Elektron kataloq  bazasında İRBİS proqramında “ Yeni kitablar” –4281 adda  66664 ədəd ,“Retro kitablar” –4857 adda 10357 ədəd, Elektron  karteteka – 19140 ədəd, Diyarşünaslıq –762 ədəd, Elektron resurslar – 254  adda  615 ədəd, uşaq ədəbiyyatı 273 adda, 362 ədəd yerləşdirilmişdir.Bütün verilənlər bazası üzrı cəmi 97900 yazı yerləşdirilmişdir.

            Kitabxananın internetə çıxışı var. Hal hazırda MKS- də 2016-cı ilin 2 fevralından”ALİSA” avtomatlaşdırılmış idarəetmə sistemi  fəaliyyət göstərir. 01.X.2017-ci ilə qədər yeni kitablar 888 adda, 2375 ədəd, retro kitablar 98 adda, 290 ədəd, elektron kartoteka 476 aəad, diyarşünaslıq 37 ədəd yenidən işlənərək bu sistemə yerləşdirilmişdir. Verilənlər bazası üzrə 3141 ədəd yazı yerləşdirilmişdir.

  

Ünvan:
Şabran şəhəri,Zərifə Əliyeva küç.,1
Telefon:

(02335) 3-24-89

E-mail:

shabran-mks@mail.ru

Url:
https://www.facebook.com/%C5%9Eabran-rayon-M%C9%99rk%C9%99zl%C9%99%C5%9Fdirilmi%C5%9F-Kitabxana-Sistemi-1004299369646705/