Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Siyəzən şəhər Uşaq İncəsənət Məktəbi

    Siyəzən şəhər Uşaq İncəsənət məktəbi 1977 ci ildə Şabran rayonunun musiqi məktəbinin tərkibində filial kimi fəaliyyətə başlamışdır. Həmin dövürdə məktəb fortepiano, tar, qarmon ixtisaslari üzrə fəaliyyət göstərmiş , yerli ixtisaslı mütəxəsislər demək olar ki, yox dərəcəsində olmuşdur. Siyəzən şəhər uşaq incəsənət məktəbi Azerbaycan SSR Mədəniyyət Nazirinin 27 aprel 1990 ci il tarixli 83-k nömrəli əmrinə əsasən müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin yeni inşa olunmuş inzibati binasının açılışnda iştirak edərək məktəbin rəmzi açılışını bildiriən lenti kəsmişdir. Məktəb fəaliyyətə başladığı tarixdən hal-hazira kimi Respublika üzrə keçirilən bütün müsabiqələrdə fəal iştirak etmişdir.               1993 cü ildə gənc musiqiçi - ifaçılarının A.Zeynallı adina 1ci Respublika müsabiqəsində Uşaq musiqi və Ìncəsənət məktəbinin şagirdləri tar ixtisası üzrə Bağırov Fazil Cəfər oğlu diplomat, Abbasov Səlim Vaqif oğlu kamança ixtisasi üzrə müsabiqənin laureatı olmuşdur. 1999 cu ildə Uşaq musiqi məktəbləri şagirdlərin Respublika müsabiqəsində kamança ixtisasi üzrə Adayeva Ulduz Yavər qızı her iki turdan uğurla çıxaraq müsabiqənin laureatı adina və lll cü dərəcəli diploma layiq görülmüşdür. Məktəbin şagirdləri 2006 -ci il tarixindən Sumqayit şəhərində zona üzrə keçirilən uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin Respublika müsabiqəsində iştirak etmiş, və nazirliyin 16 may 2006 ci il tarixli 167 nömrəli əmrində məktəbin uğurlu çixişi qeyd olmuşdur.
         Avropa mədəni irsi günləri Azerbaycanda 2004 - cü il "tədbirləri çərçivəsində "irsimiz gənclərin gözü ilə"mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibi Nəcəfov Rüstəm üçüncü dərəcəli diploma layiq görülmüşdür. Məktəbi bitirmiş məzunlardan Abbasov Səlim Milli Kanservatoriyada müəllim, Məmmədov Ìlqar Azərbaycan Dövlət filarmoniyasında və Opera və Balet teatrında voltorna aləti üzrə solist işləyir. Məktəbin təsviri sənət üzrə məzunu Xaliqov Fuad Rəcəb oğlu Ə.Əzimzadə adina rəssamlıq məktəbini, sonra isə Azərbaycan Dövlət Rəssamliq Akademiyasının və onun maqistraturasnı bitirmişdir.Hal-hazırda məktəbin şagirdlərindən Ə.Əzimzadə adına Rəssamlq məktəbndə 2, Sumqayit musiqi kollecində 10, Baki musiqi kollecində 9, Dövlət Mədəniyyət və Ìncəsənət Universitetində 2 nəfər təhsilini bitirmiş, 1 nəfər təhsilini davam etdirir. 1990-cı ildən məktəbdə 7 ixtisas: fortapiano, tar, kamança, qarmon nağara, klarnet, və təsviri incesənət şöbələri açilmiş, hal-hazırda həmin şöbələrdə 255 şagird təhsil alır. 

Ünvan:
Siyəzən şəh., Heydər Əliyev küçəsi
Telefon:

( 2330) 4-04-21

E-mail:

siyazanincesenet@gmail.com