Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi
|

Şabran

Şabran rayonu Böyük Qafqazın Şimal-Şərqində, paytaxt Bakıdan 123 km məsafədən yerləşməklə şərqdən 24 kilometr məsafədə xəzər dənizi ilə əhatədə olunur Siyəzən, Xızı, Quba, xaçamz rayonları ilə qonşudur. Rayonun ərazisi 1088 km olmaqla düzənlik-dağətəyi və dağlıq zonalrdan ibarətdir. Cənub-qərbsdə hündürlüyü 2220 metrə yaxındır. Rayon ərazisində palçıq vulkanları vardır, dağlıq hissədə təbaşir paleqon və neoqen ovlaqla antropoqen çöküntüləri yayılmışdır.Rayon neft, qaz, çınqıl, qum və sair faydalı qazıntılar ilə zəngindir. Müalicə əhəmiyyətli mineral (qalaaltı), fermal (isti su) sular çıxır. Rayon ərazisində "Qalaaltı" sanitoriyasında və Dəhnə kəndindəki "İsti su" müalicə ocaqlarında insanlar həmin mineral sularla müalicə olunurlar. Rayonun ərazisində 20500 hektar zəngin meşə vardır.Rayonun iqlimi-ovalıq və dağətəyi yerlərdə mülayim, isti quru subtropik, dağlıq yerlərdə mülayim-soyuqdur.Çayları-Dəvəçiçay, Gilgilçay, Şabrançaydır. Sərhəddə isə vəlvələçay vardır. Dəvəçi çayın uzunluğu 45 kilometrdir. Yan hövzəsindən başlanan Pirəbədil və Zağlı çaylarının birlə.məsindən əmələ gəlir. Ağzıbirçala (liman) gölünə tökülür. Həmin ərazidə 3 ovçuluq nöqtəsi yerləşir.1və 2 Bakı su kəmərləri və samur -Abşeron kanalı rayonun ərazisindən keçr.Rayon ərazisində canavar, tülkü, boz dovşan, çölsiçanı, kəklik, ceyran, dələ, ayı, çaqqal kimi canlılar var.