Sənaye: Siyəzən ölkəmizin sənaye rayonlarındandır. Əsas təbii sərvətləri neft, təbii qaz, qum, çınqıl, gildir. Iqtisadiyyatında mədənçıxarma sənayesi üstünlük təşkil edir, emal sənayesi inkişaf etməkdədir.
Rayonda 5 iri və orta, 8 kiçik sənaye müəssisəsi, fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulat istehsalı sexi fəaliyyət göstərir.
2013-cü ildə fəaliyyəti olan 9 sənaye müəssisi və sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış 28 fərdi sahibkar tərəfindən 11569,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcminin 56,5 faizi dövlət mülkiyyətinin, 43,5 faizi xüsusi mülkiyyətin, o cümlədən 1,8 faizi sənaye məhsulu istehsal edən fərdi sahibkarların payına düşür.
2013-cü ildə natural ifadədə 49,3 min ton neft, 9,6 milyon kub metr qaz, 0,7 min dekalitr üzüm spirti, 20,8 min dekalitr şərab, 24,6 min kub metr kərpic, 2907,6 ton bərkimiş proteindən boru və borucuqlar istehsal edilərək istehlakçılara göndərilmişdir.
2013-cü iln axırına sənaye sahəsində çalışanların sayı 1462 nəfər, orta əmək haqqı 678,3 manat təşkil etmişdir.
Kənd təsərrüfatı: Rayon iqtisadiyyatında kənd təsərrüfatı az əhəmiyyət kəsb etmir. 70,3 min hektar rayon ərazisinin 49,6 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 10,2 min hektarını əkin yeri təşkil edir. Kənd təsərrüfatında taxılçılıq və heyvandarlıq əsas yer tutur.
Rayonda 7 kənd təsərrüfatı müəssiəsi, o cümlədən iri quşçuluq təsərrüfatı olan "Siyəzən-Broyler" ASC, 56 fərdi sahibkar təsərrüfatı fəaliyyət göstərir. 2013-cü ildə kənd təsərrüfatı müəssisələrində 1601 nəfər işçi çalışmış və onların orta aylıq əmək haqqı 215,0 manat təşkil etmişdir.
2013-cü ildə rayon üzrə 71439,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 8,0 faizini bitkiçilik, 92,0 faizini hyevandarlıq məhsulları təşkil etmişdir.
2013-cü ildə rayonda 6980 ton taxıl, 34 tonunu qarğıdalı, 152 ton kartof, 1142 ton tərəvəz, 430 ton ərzaq üçün bostan məhsulu 882 ton meyvə, 142 ton üzüm yığılmışdır.
2014-cü ilin əvvəlinə rayonda bəslənən iri buynuzlu mal-qaranın sayı 12348, qoyun və keçilərin sayı 52741 baş təşkil etmişdir. Diri çəkidə 20798,4 ton ət, o cümlədən 18899 ton quş əti, 10765,5 ton süd, 17,7 milyon yumurta, 88,0 ton yun istehsal edilmişdir.
2013-cü ildə kənd təsərrüfatı müəssisələrində 1601 nəfər işçi çalışmış və onların orta aylıq əmək haqqı 215,0 manat təşkil etmişdir.
Siyəzən rayonunun əsas sosail - iqtisadi göstəriciləri
Sosial-iqtisadi göstərilər | vahidi | 2003-cü il | 2013-cü il |
Əhalinin sayı | nəfər | 34938 | 39895 |
Ümumi məhsul buraxılışının həcmi | min manat | 25495,5 | 112125,8 |
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi | manat | 729,7 | 2810,5 |
Sənaye məhsulunun həcmi | min manat | 11056,4 | 11569,7 |
Sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi | min manat | - | 5137,7 |
Kənd təsərrüfatı məhsulunun həcmi | min manat | 11274,8 | 71439,9 |
Tikinti | min manat | 280,4 | 11399,8 |
Nəqliyyat | min manat | 423,8 | 986,8 |
Rabitə | min manat | 115,7 | 289,7 |
Ticarət | min manat | 2344,4 | 16440,8 |
İstifadəyə verilmiş əsas fondlar | min manat | 2411,6 | 20348,5 |
Əsas kapitala yönəldilən investisiyalar, o cümlədən | min manat | 2435,9 | 27582,6 |
• Sənaye | min manat | 2276,7 | 17280,7 |
• Kənd təsərrüfatı | min manat | - | 39,2 |
• Tikinti | min manat | - | - |
• Nəqliyyat | min manat | - | 3762,7 |
• Rabitə | min manat | 68,1 | 66,9 |
• Ticarət | min manat | - | 10,0 |
• Sosial sahə | min manat | 9,3 | 1249,6 |
• Digər sahələr | min manat | 81,8 | 5173,5 |
Əhalinin gəlirləri | min manat | 14000,0 | 89320,4 |
Adambaşına düşən gəlirlər | manat | 400,7 | 2251,6 |
Əhalinin xərcləri | min manat | 12900,0 | 71456,0 |
Adambaşına düşən xərclər | manat | 372,4 | 1791,0 |
Orta aylıq nominal əmək haqqı | manat | 67,2 | 317,5 |
Pərakəndə əmtəə dövriyyəsi | min manat | 8682,9 | 50078,5 |
Adambaşına düşən əmtəə dövriyyəsi | manat | 248,5 | 1255,3 |
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi | min manat | 999,0 | 12110,0 |
Adambaşına düşən xidmətləri | manat | 28,6 | 303,3 |
Mənzil fondu | min m2 | 453,7 | 513,2 |
Adambaşına düşən mənzil fondu | m2 | 13,0 | 12,9 |
Rayonun gəlirləri | min manat | 1248,0 | 7484,5 |
Rayonun xərcləri | min manat | 1247,0 | 7484,5 |