Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil
|

Qusar

Qusar rayonunda 49 tam orta, 21 ümumi orta və 20 ibtidai olmaqla 90 ümumtəhsil məktəbi, 4 məktəbdən kənar, 13 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində 14289 şagird təhsil alır. 2044-cü ildən sonra Qusar rayonu ərazisində 18 yeni məktəb binası inşa olunmuşdur. (Qusar şəhər 4 və 5 saylı, İmamqulukənd, Gündüzqala, Köhnə Xudat, Avaran, Böyük Muruq, Xuray, Yuxarı Ləyər, Aşağı Ləyər, Qalacıq, Suvacal, Əvəcuq, Xürel, Yuxarı Zeyxur, Balaqusar, Kirig və Kuzun (Aladaş) məktəbləri), 5 məktəb- şəhər 1, 3 və 6 Salı, Samur və Hil kənd məktəbləri əsaslı şəkildə təmir edilmişdir.
2011-ci ildə Qusar rayonunda Gedəzeyxur, Gican, Əcəxür, Əniğ, Urva, Cağarqışlaq, Yuxarı Kalunxür və Ləgərqışlaq kəndlərində yeni məktəb binaların tikintisinə başlanmışdır.
2011-ci ildə ilin ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsində iştirak edən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbi yaxşı nəticələrinə görə müsabiqənin qalibi olmuş və ölkə prezidentinin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə 10 min manat pul mükafatı ilə mükafatlandırılmışdır.