Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Şabran

Rayonda mədəniyyət obyektlərinin sayı -66
Onlardan Heydər Əliyev mərkəzi -1
Uşaq Yaradıcılıq Mərkəzi -1
Mədəniyyət evləri -3
Kitabxanalar -41
Klublar -17
Muzey -2
Musiqi məktəbi -1

2011-ci ildə Şabran şəhərində Heydər Əliyev mərkəzi və Uşaq Yaradıcılıq Mərkəzi yeni tikilərək istifadəyə verilmişdir. Şəhər Mədəniyyət sarayı və Tarix-Diyarşünaslıq muzeyi əsaslı şəkildə təmir edilərək yenidən qurulmuşdur.
Tikintisi tamamlanmaqda olan "Poeziya evi" nin qarşısında Azərbaycan şairi Xaqani Şirvaninin heykəli ucaldılmışdır.
Şəhərin müxtəlif yerlərində 2007-2011-ci illərdə "Heydər Əliyev və Azərbaycan dili", "Dədə Qorqud", "Dəvə", 2"Gəmi fontan", "Qala abidəsi", rayonun şimal sərhəddində "Çıraqqala" və "Şabran şəhəri" tarixi abidələrinin elementləri əsasında seyrəngah tikilib istifadəyə verilmiş, M.Nəzirov adına və şəhər mədəniyyət və istirahət parkları yenidən qurulmuşdur.