Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi
Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi 01 yanvar 2004-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasının Siyəzən filialı kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2006-cı il tarixli 95s nömrəli sərəncamı ilə Mərkəzi Neftçilər Xəstəxanasının tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Səhiyyə Nazirliyinin 12 may 2006-cı il tarixli 80 nömrəli əmrinə əsasən Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəz Siyəzən rayonu və ölkənin şimal regionunun əhalisinə ixtisaslaşdırılmış tibbi yardımı təmin edən müalicə profilaktika müəssisəsidir. Açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Mərkəz 60 çarpayılıqdır.
Terapiya şöbəsi - 20 çarpayı tel.: (23) 304-03-36
Pediatriya şöbəsi - 10 çarpayı tel.: (23) 304-14-32
Cərrahiyə şöbəsi - 20 çarpayı tel.: (23) 304-00-09
Doğum şöbəsi - 10 çarpayı tel.: (23) 304-13-41
Digər struktur bölmələr: Qəbul şöbəsi (tel.: (23) 304-20-90) Anesteziologiya-reanimasiya şöbəsi, konsultativ diaqnostika şöbəsi (tel.: (23) 304-08-36), şüa-diaqnostika şöbəsi (rentgenv və ultrasəs müayinə kabinetləri).
Mərkəzdə kliniki laboratoriya, fizioterapiya, stomatoloji kabinetlər, aptek fəaliyyət göstərir. Müəssisədə 222 nəfər çalışır. Onlardan 37 nəfəri həkim, 90 nəfəri orta tibb işçisidir.
Ünvan: Siyəzən şəhəri, Babək küçəsi 48 A. Tel.: (23) 304-29-76,
E-mail: rmm_siyezen@esehiyye.az
Baş həkim: Dadaş Ümüd oğlu Hümbətov Tel.: (23) 304-19-96, (50) 315-52-04