Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzində ”Əsrin müqaviləsi” mövzusunda tədbir keçirildi

19.09.2017

      19 sentyabr 2017 - ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasının 23 - ü ildönümünə həsr olunmuş "ƏSRİN MÜQAVİLƏSİ" mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru K.Əskərova açaraq qeyd etdi ki, "bu müqavilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dövlətinin ən agır vaxtlarında imzalanmışdır.Sazişə əsasən bu müqavilə 7 nəhən dövlətlərin 11 aparıcı neft şirkətləri ilə ADNŞ -i arasında imzalanmışdır".Daha sonra YAP Xaçmaz rayon təşkilatının Sədri N.Ağayev çıxış edərək əsası Ulu öndər tərəfindən 1994 -cü ildə qoyulmuş Əsrin müqaviləsinin bu gündə möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən çox ugurla davam etdirildiyini vurğuladı və bu müqavilənin şərtlərində olan dəyişikliklərdən söz açaraq həmçinin müddətinin 30 ilədək uzadılmasını qeyd etdi.Daha sonra YAP Xaçmaz rayon təşkilatının sədr müavini A.Heydərov çıxış edərək bu mövzu haqqında geniş və ətraflı məlumat verdi.