27.09.2017
27 sentyabr 2017-ci il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində " 27 Sentyabr - Ümumdünya Turizm Günü" ilə əlaqədar “Davamlı turizm inkişaf üçün alətdir” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə çıxış edən Mərkəzin direktoru R.Seyidova son illər ölkəmziin turizm sahəsində əldə etdiyi uğurlardan, ölkəmizə olan turist axının artmasından və bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Daha sonra Mərkəzə gələn qonaqlar Siyəzən rayonunda mövcud olan tarixi məkanların toplumundan ibarət video slayda baxıldı. Sonda Mərkəzdə mövcud olan sərgilərlə tanış oldular.