Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda “Qusar mədəniyyət günü” keçirilib

27.09.2017

        27 sentyabr 2017-ci il tarixində Xaçmazda “Qusar mədəniyyət günü” keçirilib. Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilən tədbirdə Qusar rayonun yerli sənətkarlarının əl işləri, rayonun özünəməxsus mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və foto-stend, rayonun ictimai-siyasi həyatında mühüm rolu olmuş şəxslərin haqqında məlumatları özündə əks etdirən foto-stend sərgilənmişdir. Mərkəzə bitişik binada fəaliyyət göstərən “Xəzər” kinoteatrında təşkil edilən konsertdə Qusar mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları olmuşdur. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır

             Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.