20.09.2017
20 sentyabr 2017-ci il tarixində Şabran şəhərində Xaqani poeziya evində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti Şura iclası keçirilmişdir. Şura iclasını Regional idarənin rəisi Nazim Ağayev açaraq bildirdi ki, bu ildən etibarən hər il sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Respublikanın bütün regionlarında olduğu kimi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da həftədə üç gün olmaqla Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcəkdir.
Həmçinin şura iclasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyət müzakirə edilmiş, Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar rayon Tarix Diyarşünaslıq Muzeyinin 2017-ci ilin I yarımılində gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənilmişdir.
Şura iclası işgüzar şəraitdə keçmişdir.