18.10.2017
18 oktyabr 2017-ci il tarixində Şabran rayonunda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə start verilən Regionda mədəniyyət günləri çərçivəsində yekun sərgi-konsert proqramı təşkil edildi. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağöayev və digər qonaqlar iştirak ediblər. İlk öncə qonaqlar Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən səgi ilə tanış olublar. Sərgidə regiona daxil olan rayonların sənətkarlarının əl işləri, mətbəx nümunələri, rayonların tarixini əks etdirən qədim əşyalar, turizmə aid foto-stendlər nümayiş olunmuş, həmçinin kitab sərgisi təşkil edilmişdir.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev tədbirin açılışında çıxış edərək ilk öncə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. N.Ağayev çıxışının davamında bildirmişdir ki, regional idarə tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.
Daha sonra tədbir region mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları ilə davam etmişdir. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.