Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində ”Xocalı faciəsi-qan yaddaşımızdır” adlı tədbir keçirilib

23.02.2023

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi,  Xaçmaz rayon İdman və Gənclər İdarəsi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin Şimal Regional mərkəzinin birgə təşkilatçılığı ilə   26 Fevral Xocalı faciəsinə həsr olunmuş  "Xocalı faciəsi-qan yaddaşımızdır" adlı tədbir keçirilib. Tədbirdə 1-ci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları, Xaçmaz Reabilitasiya mərkəzinin əməkdaşları, Xaçmaz şəhər M. Babayev adına 1 nömrəli məktəbin şagirdləri və təşkilatçı qurumların əməkdaşları  iştirak edib.

 Faciə qurbanlarının və  Şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə mövzu ilə bağlı,  Xocalı faciəsinin xronikası, dünya ictimaiyyətinə çatdırılması, Ulu öndər Heydər Əliyevin bu qanlı terror aktına verdiyi hüquqi siyasi qiymət, faciə zamanı insan hüquqlarının qəddarcasına pozulması haqqında  çıxışlar səslənib.

Tədbirin sonunda Xocalı faciəsində hər iki valideynini itirmiş uşaqlara həsr olunmuş "Böyüməyən uşaqlar" adlı sənədli film nümayiş olunub.