Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Tarix-Diyarşünaslıq Muzeyində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dili və mədəniyyətimiz” adlı tədbir keçirilib.

24.02.2023

21.02.2023-cü ildə Quba Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” çərçivəsində “Ana Dili Günü” ilə əlaqədar  “Ana dili və mədəniyyətimiz” adlı tədbir keçirilib.  Tədbirdə Quba şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.

    Tədbirdə Azərbaycan Dövlət Himni  səsləndirildi.  Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər  21 Fevral Ana Dili Gününün yaranma tarixi haqqında tədbir iştirakçılarına əhatəli məlumat verdi.  Azərbaycan dilinin dövlət dili kimi təsis olunmasından, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması, dilimizin qorunmasına yönələn düşünülmüş siyasəti haqqında məlumat verdilər.

   Tədbirdə Ana Dili Gününə həsr olunmuş video-çarx nümayiş olundu. Sonda məktəblilər muzeyin ekspozisiyaları və muzeydə təşkil olunmuş sərgilərlə tanış olaraq ətraflı məlumatlandırıldılar.