Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regionun mədəniyyət ocaqlarında Xocalı soyqırımının 31-ci ildönümü anılıb.

27.02.2023

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciənin 31-ciildönümü ilə əlaqədar regionunun mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib, kitab və rəsm sərgiləri təşkil edilib.

23 fevral 2023-cü il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədər “Xocalını unutmayaq” adlı tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mədəniyyət işçiləri və məktəblilər “Xocalını unutmayaq” adlı ədəbi bədii kompazisya ilə çıxış edib, vətənpərvərlik ruhunda şerlər səsləndiriblər.

25.02.2023-cū il tarixdə Xaçmaz şəhər Uşaq Musiqi məktəbində məktəbin müəllim və şagird kllektivinin iştiakı ilə 26 Fevral - Xocalı Soyqırımının 31-ci il dōnūmūnə həsr olunmuş tədbir keçirilmişdir.

24.02.2023-cü il tarixində Qusar rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

24.02.2023-cü il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımı ilə əlaqədar “Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi təşkil olunub.

24 fevral 2023-cü il tarixdə Quba şəhər Uşaq İncəsənət məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə nümayiş etdirilib. Sonda "Xocalını unutmadıq" adlı rəsm sərgisinə baxış keçirilib.

     Qusar rayon Tarix-Diyarşünaslıq  muzeyində 26 Fevral Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə faciənin görüntülərindən ibarət sərgi təşkil olunaraq  sərgilənmiş, şəhər Peşə Liseyinin tələbələri ilə muzeyin ak zalında "Əsrin faciəsi" mövzusunda tədbir keçirilmişdir.

23  fevral  2023-cü il tarixində Xaqani Poeziya Evində "Xocalı soyqırımını unutma!" adlı tədbir keçirilib.

   24 fevral 2023-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində  Xocalı faciəsinin 31-ci il dönümü ilə bağlı tədbir keçirilib.

24.02.2023-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Yaddaşın unudulmayan tarixi” adlı anım tədbiri keçirilib.

24.02.2023- cü il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin Xalça muzeyi və Döyüş Şöhrəti muzey filiallarınin  birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş  "Qaysaq tutmaz yaralar" adlı tədbir keçirildi.

24 fevral 2023-cü il tarixində Quba Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar “Xocalını unutmadıq, unutdurmarıq" adlı anım tədbiri keçirilib. Tədbir Quba Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə baştutub.

24.02.2023-cü il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzi,Siyəzən rayon Mərkəzi Kitabxana,Siyəzən rayon Gənclər və İdman İdarəsi, Gənclər və İnkişaf Karyera Mərkəzinin Siyəzən rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci​ ildönümünə həsr olunmuş "Xocalı Soyqırımını Unutmayaq!" adlı dəyirmi masa keçirtmişdir.

24 fevral 2023-cü il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş  "Xocalı faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

24.02.2023-cü il tarixində  Quba Tarix-Diyarşünaslıq Muzeyində  Xocalı faciəsinin  31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 5 saylı tam orta məktəbin müəllim və şagirdləri, Xocalı sakini, I Qarabağ müharibəsinin veteranı və faciənin canlı şahidi Vidadi Cavadov iştirak edib.

Qusar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev-Xocalı soyqırımının tanıdılmasının əsas təşəbbüskarı" adlı anım tədbiri keçirilib.

25 fevral 2023-cü il tarixində Siyəzən şəhər Uşaq  İncəsənət məktəbində “Tarix heç nəyi unutmur” adlı tədbir keçirilib.

Şabran Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 31 ildönümü ilə əlaqədar "XX Əsrin Dəhşətli Faciəsi - Xocalı Soyqırımı" adlı tədbir keçirilib.