Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ”Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

11.05.2023

11.05.2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Zərdabi qəsəbə Folklor evinin və rayon MKS-nin Zərdabi qəsəbə kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. Tədbirdə şəhid valideynləri, qazilər, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, fəal oxucular, qəsəbə sakinləri və başqaları iştirak edib. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Fərid Musayev, Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, Vətən Naminə Şəhid Ailələrinə Dəstək İB-nin sədri Tünzalə Abduləlimova və Zərdabi qəsəbə İƏD üzrə Nümayəndəsi Elxan Qasımov çıxış edərək cənab prezidentin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Ulu öndər Heydər Əliyev irsinin gənc nəsillər arasında təbliğ edildiyini və il ərzində bu kimi tədbirlərin keçiriləcəyini bildirdilər. Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda musiqilər dinlənildi, kitab və əl işlərindən ibarət sərgilərə baxış keçirilib