Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhər Uşaq İncəsənət məktəbinin məzunlarının iştirakı ilə konsert proqramı təşkil edilib

27.05.2023

27 may 2023-cü il tarixində Quba şəhər Uşaq İncəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəbin Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyasında, Musiqi Kolleclərində və Rəssamlıq Akademiyasında təhsil alan məzunlarının iştirakı ilə konserti proqramı təşkil edilib.

Tədbirdə YAP Quba rayon təşkilatının əməkdaşları, mədəniyyət işçiləri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Mirkazım Cəfərov açaraq məzunları və qonaqları salamladı, onlara dərslərində və gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Məzunlar bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin sonunda məzunlara Fəxri Fərman və güllər təqdim olunub.