Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə oxucuların görüşü keçirilib.

14.09.2023

14.09.2023-cü il tarixində Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzi Kitabxanasının oxu zalında Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və AYB-nın Quba bölməsi tərəfindən şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə oxucuların görüşü keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, bölgə yazarları, gənclər, ziyalılar, kitabxananın fəal oxucuları və başqaları iştirak edib.

Tədbirdə çıxış edən AYB-nın Quba bölməsinin sədri, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qəşəm Nəcəfzadəyə xoş arzularını bildirərək, belə tədbirlərin oxucularla tez-tez keçirilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə çıxış edən müəllif qələmə aldığı son əsərləri, bədii ədəbiyyatın insan həyatındakı rolu haqqında geniş söhbət açıb, iştirakçılara dəyərli məsləhətlər verib, ona ünvanlanan sualları cavablandırıb.Tədbir çərçivəsində bölgə yazarları yeni qələmə aldıqları əsərlərindən parçalar səsləndiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib