Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Musiqi Günü”nə həsr edilmiş kosert proqramları təşkil edilib

16.09.2023

16 sentyabr 2023-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “18 sentyabr – Milli Musiqi Günü”nə həsr olunmuş konsert proqramları təşkil edilib. Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində, Qusar rayon Mədəniyyət Mərkəzində, Şabran rayon Mədəniyyət Mərkəzində və Siyəzən rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş konsert proqramlarında yerli incəsənət ustaları və Uşaq İncəsənət Festivalının final mərhələsinə vəsiqə qazanmış iştirakçılar çıxış edib.

Keçirilən tədbirlərdə “Milli Musiqi Günü”nə həsr olunmuş videoçarxlar nümayiş olunub, ölkəmizdə mədəniyyətə, o cümlədən musiqi və incəsənət sahəsinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub.

Sonda Uşaq İncəsənət Festivalında uğurla iştirak etmiş bir neçə şagird Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.