Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar şəhər Uşaq İncəsənət məktəbində 26 Fevral - Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib

24.02.2024

Qusar şəhər Uşaq İncəsənət məktəbində 26 Fevral - Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanın tarixinə qan yaddaşı kimi yazılmış Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq. Xocalı soyqırımından 32 il ötsə də, onun acısı, ağrısı qəlbimizdə yaşayır və yaşayacaq. Ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi qətliamın dəhşətləri heç vaxt yaddaşlardan silinməyəcək .Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli mübarizliyinin simvoluna çevrilib.

Sonda rəsm sərgisinə baxış keçirilib.