Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nur paylayan zəka” adlı tədbir keçirilib.

26.04.2024

 

26.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən  oxu zalında   görkəmli oftalmoloq –alim, akademik , tibb elmləri doktoru,  professor  Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar “Nur paylayan zəka” adlı tədbir keçirilib.

Heydər Əliyevin ömür-gün yoldaşı kimi  yüksək ziyalı keyfiyyətləri və vətəndaşlıq məsuliyyətindən, insanlara və onların problemlərinə göstərdiyi diqqət və qayğıdan, alimin Azərbaycan cəmiyyətindəki nüfuzundan söhbət açıblar.

Tədbirin sonunda “Nurlu ömrün salnaməsi” adlı videoçarx izlənilib, “Akademik Zərifə  Əliyeva” adlı  kitab sərgisi nümayiş olunub.