Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Milli Qurtuluşun açdığı yolla böyük gələcəyə” adlı tədbir keçirilib.

12.06.2024

 

12 iyun 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Gənclərin İnkişafı və Karyera Mərkəzinin Xaçmaz rayon bölməsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Milli Qurtuluşun açdığı yolla böyük gələcəyə" adlı tədbir keçirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon sektorunun və Quba-Xaçmaz Regional Gənclərin İnkişafı və Karyera Mərkəzinin Xaçmaz rayon bölməsinin direktorları, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Xaçmaz rayon Komitəsinin sədri, Xaçmaz Peşə Liseyinin rəhbəri, Şəhid anası, Xaçmaz Reablitasiya Mərkəzinin əməkdaşları və orada müalicə alan vətəndaşlar, mədəniyyət işçiləri, Xaçmaz qəzetinin əməkdaşı, gənclər və digər qonaqlar iştirak edib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ümumilli lider və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər 15 iyun tarininin yaranması haqqında geniş və ətraflı məlumat verərək bildiriblərki, məhz 1993-cü ilin iyun ayında Ümumilli lider Heydər Əliyev xalqın təkidli- tələbi ilə hakimiyyətə gəlməsəydi Azərbaycanın bir dövlət kimi mövcudiyyəti sual altında idi.Onun gəlişi ilə ölkədə sabitlik bərqərar olundu və Azərbaycan yenidən quruldu və müstəqilliyimiz möhkəmləndi.

Tədbirin bədii hissəsində şeirlər səsləndirilib və rayonumuzun tanınmış mügənnisi Nurlan Zeynalovun ifaları ilə davam etdirilib

Tədbirdə Bakı şəhərindən gələn qonağlardan olan Aysel xanım (Reablitasiya Mərkəzində müalicə alan) maraqlı ifaları ilə rəng qataraq, tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Tədbir iştirakçıları sonda Xaçmaz rayon Peşə Liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib