Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bayramınız mübarək Azərbaycan polisi!” adlı tədbir keçirilib.

28.06.2024

 

28 iyun 2024-cü il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Quba Heydər Əliyev Mərkəzinin iştirakı ilə 2 İyul–Azərbaycan Polisi günü ilə əlaqədar “Bayramınız mübarək Azərbaycan polisi!” adlı tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Rayon Prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətinin, Hüquq-mühafizə orqanlarının məsul işçiləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Mədəniyyət işçiləri, Quba Asan Xidmət Mərkəzinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə bütün Polislərin peşə bayramını təbrik edərək, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildiriblər.

Qeyd olunub ki, Azərbaycan polisi Birinci Qarabağ və Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Tədbir Zaur Cəfərov adına şəhər 3 saylı və Zəki Kərimov adına I Nügədi 1 saylı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnların səsləndirilməsi ilə davam etdirilib.

Sonda Polis gününə həsr edilmiş film nümayiş olunub.