Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ müharibəsi şəhidi Murtuzov Mehdi Muxtar oğlunun doğum günü ilə əlaqədar “Torpaq uqrunda ölən varsa Vətəndir!” adlı tədbir keçirilib.

10.07.2024

 

10.07.2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsi tərəfindən II Qarabağ müharibəsi şəhidi Murtuzov Mehdi Muxtar oğlunun doğum günü ilə əlaqədar “Torpaq uqrunda ölən varsa Vətəndir!” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak ediblər. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı iştirakçıları salamlayıb və II Qarabağ müharibəsi haqqında məlumat verib. Sonra uşaq şöbəsinin əməkdaşı çıxış edərək II Qarabağ müharibəsi şəhidi Murtuzov Mehdinin həyatı və keçdiyi döyüş yolu haqqında söhbət açıb. Sonda fəal oxuculardan bir neçəsi Şəhidlərə, Vətənə həsr olunmuş şeirlərdən parçalar söyləyiblər.