Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşa Azərbaycan!” adlı dəyirmi masa keçirilib.

18.10.2024

18 oktyabr 2024-cü il tarixində Siyəzən rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası günü ilə əlaqədar “Yaşa Azərbaycan!” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru, Siyəzən rayon Polis Şöbəsinin məsul işçiləri, Siyəzən Gənclər Evinin əməkdaşları, Siyəzən rayon YAP-ın nümayəndələri, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və Vətən torpağları uğrunda canlarından keçən şəhidlərmizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir mövzu ilə bağlı çıxışlarla davam edib. Qeyd olunub ki, XX əsrin sonu yaranmış tarixi şəraitdə Azərbaycan öz müstəqilliyini əldə etsə də elan olunmamış müharibə, vətəndaş qarşıdurması, siyasi çəkişmələr ilə üz-üzə qaldı. Məhz bu tarixi dönəmdə Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldi. Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu, cəbhədə atəşkəs elan olundu, ordu quruculuğuna başlandı.

Tədbirin sonunda hadisələri əks etdirən videoçarx nümayiş olunub.