16.11.2024
16.11.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında 17 Noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş “Milli birliyimizin və həmrəyliyimizin qələbəsi” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, ADPU-nun Quba filialının tələbələri, fəal oxucular və başqaları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa olunmasında önəmli rol oynayıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcını qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilib. Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. Sonda “17 Noyabr-Milli şüurun yüksəliş günü” adlı sərgiyə baxış keçirilib.