24.04.2026
Aprelin 24-dü Siyəzən Gənclər Evində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Siyəzən Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə müxtəlif dövlət qurumlarının nümayəndələri çıxış edərək erkən nikahların yaratdığı sosial və psixoloji problemlər, bu halların səbəbləri və qarşısının alınması yolları barədə məlumat veriblər.
Bildirilib ki, erkən nikahlar cəmiyyət üçün aktual problemlərdən biri olaraq qalır və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.