Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixi irsdə milli dəyərlər” mövzusunda tədbir keçirilib.

18.05.2026

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Qusar Tarix-Diyarşünaslıq Muzeyində "Tarixi irsdə milli dəyərlər" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda canlarını vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayonun ziyalı ağsaqqalları, eləcə də mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Çıxış edən natiqlər muzeylərin xalqın tarixi yaddaşının qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rolundan bəhs edərək, Beynəlxalq Muzeylər Günü münasibətilə öz təbrik və xoş arzularını çatdırıblar.

Daha sonra "Qusar" qazetinin baş redaktoru Vidadi Sevzixanov tərəfindən muzeyə eksponatlar hədiyyə olunub.

Tədbir Elza İbrahimova adına Uşaq İncəsənət Məktəbinin və Qusar Rayon Mədəniyyət Mərkəzinin təqdim etdiyi musiqi və rəqs nömrələri ilə davam etdirilib.