Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nurlu ömrün salnaməsi Zərifə Əliyeva – 95 ”

24.04.2018

      24.04.2018 –ci il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində Siyəzən rayon İdarə və müəssisələrinin qadın əməkdaşlarının iştirakı ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş “Nurlu ömrün salnaməsi Zərifə Əliyeva – 95 ” adlı tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək dahi şəxsiyyət hörmət və ehtiramlarının bildirdilər. Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başlandı. 

      Giriş nitqi ilə tədbiri açıq elan edən Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru, Ramilə Seyidova bildirdi ki, Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Zərifə xanım ulu öndər Heydər Əliyevə ləyaqətli oğul, çox zəngin tarixi keçmişi olan xalqımıza, Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, artıq dünya siyasətində öz nüfuzu olan İlham Əliyev kimi Prezident bəxş edən bir Ana kimi də unudulmazdır. Akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğuladı.