Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz şəhər Mədəniyyət və İstirahət parkında Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirildi.

20.03.2017

     20 Mart 2017-ci il tarixində Xaçmaz şəhər  Fəvarələr parkında Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Ümumrayon tədbirində “Novruz Azərbaycan xalqının milli bayramıdır “ adlı  geniş formatda kitab sərgisi təşkil edilmişdir.Sərgidə Novruz bayramının qədim adət və ənənələrini,milli irsimizi,muğamlarımızı əks  etdirən  ən yeni ədəbiyyat  nümayiş olundu.“Azərbaycanı dünyaya tanıdan böyük insan”,  “Günəşli Azərbaycanın  gözəl guşəsi –Xaçmaz”, “Müstəqil Azərbaycanımız daim yüksəliş yollarında”,  “ Tarixi yaşadan  şəxsiyyət”, “ İlhamla işıqlı gələcəyə doğru”, “ Uğrunda ölən varsa vətəndir”,”Bütöv və əbədi  Azərbaycan”, “ Danışan kitablar”,  Azərbaycanın dahi şairi   Molla Pənah Vaqifin  anadan  olmasının 300  illiyi , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004- cü il tarixli sərəncamı ilə nəşr olunmuş  və ölkə kitabxanalarına hədiyyə olunmuş kitabların  sərgisi , Milli irsimiz , elmin bir çox sahələrini əhatə edən ədəbiyyat, elektron nəşrlər və sairə mövzularda  kitab sərgiləri təşkil olunmuşdu.Novruz bayramında həmçinin özfəaliyyət kollektivlərinin musiqiləri, rəqsləri,   regionun milli mətbəxi, adət və ənənələri əks etdirən milli oyunlar, güc və sim pəhləvanlarının çıxışları hamının marağına səbəb oldu.Bayram mərasimində elmin bütün sahələrini  əhatə edən 1712 nüsxə  ədəbiyyat tədbir iştirakçılarına təqdim edildi.Tədbirdə rayon ziyalıları, icra nümayəndələri, mədəniyyət işçiləri və kitab sevən fəal oxucular  iştirak etdilər.