Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda kitab bayramı keçirildi

16.05.2017

       16 may 2017-cı il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Xaçmaz şəhərinin “Fəvvarələr bağı”nda kitab bayramı keçirildi. Bütün kitab bayramları kimi qeyd edilən bu tədbir də ulu öndər, Umummilli lider, Azərbaycan Respublikasının memarı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunaraq bir ərməğan oldu. Tədbirin də hər il belə geniş formatda, kütləvi şəkildə , zəngin keçirilməsində məqsəd, oxucu kütləsinin günü-gündən sıralarını artırmaq, mütaliənin insana verəcəyi müsbət dəyişikliyi aşılatmaqdır.Rayonun incəsənət ustalarının musiqi töhfəsinin ardınca gənc oxucuların şerləri və rayon aktyor ansamblının ifaları iştirakçılara təqdim olundu. Mədəniyyət Mərkəzinin teatr truppasının ifasında hərbi-vətənpərvərlik mövzusunda tamaşa nümayiş etdirildi. Tədbirə dəvət alan qonaqlar öz çıxışlarında döğma Azərbaycanımızın , onun xalqının yüksəlməsində , nüfuz qazanmaslnda , dünyaya tanınmasında böyük şəxsiyyət ümummilli lider ulu öndər H.Əliyevin böyük xidmətlərindən onun təhsilə, mədəniyyətə, dilimizə böyük qayğısından, xalqımızın oğul və qızlarının gələcəyi üçün böyük işlərindən və eyni zamanda kitabın,ədəbiyyatın tərbiyəvi əhəmiyyətindən danışdılar. Kitab bayramında Xaçmaz RİHB-nin müavini –İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərovanın, Xaçmaz regional Mədəniyyət və Turizm idarəsinin rəisi cənab Nazim Ağayevin, Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanovun çıxışları dinlənildi. Bədii qiraətçilərin ifasında şerlərin təqdimatı ilə davam edən tədbir rəngarək musiqi nömrələri və səhnəciklər ilə başa çatdı. Kitab bayramında 3000 nüsxədən yuxarı elmin ayrı-ayrı sahələrini əks etdirən kitablar sərgiləndi. Bayramda rayonun ümumtəhsil müəssisələrinin eləcə də idarə və müəssisələrinin kollektivləri iştirak edirdi. Kitab bayramı iştirakçıların böyük marağına səbəb oldu.